Səbət

Hazırda səbət boşdur

İstintaq (Versiya 1)

audio
0:00
0:00

İstintaq (Versiya 1)

Müəllif: Emin Sabitoğlu

Çətinlik dərəcəsi: 2

Səhifə sayı: 2

Vaxtı: 01:53

Audio
audio

İstintaq (Versiya 1)

Müəllif: Emin Sabitoğlu

Çətinlik dərəcəsi: 2

Səhifə sayı: 2

Vaxtı: 01:53

PDF
about

"İstintaq" filmi 1979-cu ildə rejissor Rasim Ocaqov tərəfindən çəkilmişdir. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, bəstəkarı isə Emin Sabitoğludur. Film, ölkədəki ictimai məsələləri cəsarətlə qaldıraraq vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunur.

Filmin musiqisi Emin Sabitoğlu tərəfindən bəstələnmişdir. Lakin bəstəkarın "İstintaq" filmi üçün yazdığı məşhur melodiyanın ingilis rok qrupu "Rare Bird"ün 1970-ci ildə bəstələdiyi "Sympathy" əsəri ilə oxşarlığı barədə iddialar mövcuddur. Bu barədə bəstəkarın qızı, musiqişünas Ceyran Mahmudova bildirib ki, həmin dövrdə xarici musiqilərə çıxış məhdud idi və oxşarlıq təsadüfi ola bilər.

"İstintaq" filmi 1980-ci ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında ən yaxşı bədii filmə görə yaradıcı kollektivə Baş Mükafat qazandırmışdır. 1981-ci ildə isə ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Rasim Ocaqov, operator Rafiq Qəmbərov, rəssam Fikrət Bağırov, aktyorlar Aleksandr Kalyagin, Həsən Məmmədov və aktrisa Şəfiqə Məmmədova SSRİ Dövlət Mükafatı ilə təltif olunmuşlar.